Birxeber.az / Rusiya XİN: Ermənistana sülh müqaviləsini müzakirə etmək üçün dəvət göndərilib

Rusiya XİN: Ermənistana sülh müqaviləsini müzakirə etmək üçün dəvət göndərilib

26-01-2024, 19:50

Ermənistan xarici işlər naziri Ararat Mirzoyana sülh müqaviləsi problematikası ilə bağlı ötən ilin sentyabrından başlayaraq Moskvada məsləhətləşmələr üçün dəfələrlə dəvət göndərilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O vurğulayıb ki, Ermənistana sonuncu siqnal bir neçə gün bundan əvvəl göndərilib.

Geri qayıt