Birxeber.az / Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub

Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub

28-03-2024, 04:40

Rusiyanın Kamçatka diyarının sahilində 5,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilib.

Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı, habelə yeraltı təkanların hiss olunması barədə məlumat verilməyib.

Geri qayıt