Türkiyə ordusu son 9 ildə (24 iyul 2015-ci ildən etibarən) 40 213 terrorçunu zərərsizləşdirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
Nazir bildirib ki, 2024-cü ilin əvvəlindən isə 644 terrorçu məhv edilib.