Birxeber.az / Göygöldə gənc oğlan bıçaqlanıb

Göygöldə gənc oğlan bıçaqlanıb

27-03-2024, 22:40

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

Məlumata görə, biçaqlanan şəxs 2006-cı il təvəllüdlü Nihat Mirzəyevdir.

O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Geri qayıt