Birxeber.az / İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

27-03-2024, 20:40

İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Silahlı Qüvvələrimizin terror təşkilatı PKK-ya qarşı əməliyyatları artan templə davam etdikcə təşkilatın parçalanması da sürətlənir. İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub”, - məlumatda vurğulanıb.

Geri qayıt