Birxeber.az / XİN: Türkiyə İsraildən BƏM-in qərarını dərhal və tam şəkildə yerinə yetirməsini gözləyir

XİN: Türkiyə İsraildən BƏM-in qərarını dərhal və tam şəkildə yerinə yetirməsini gözləyir

26-01-2024, 19:50

Türkiyə İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin bu gün açıqladığı müvəqqəti qərarının dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyir.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Məhkəmə qərarının Fələstində axan qanı dayandırmaq üçün çox mühüm fürsət olduğu vurğulanıb.

“Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyə yalnız İsrail-Fələstin məsələsinin beynəlxalq hüquq normaları və müəyyən edilmiş parametrlər əsasında ədalətli həlli ilə nail olmaq olar. Türkiyənin bu yolda əlindən gələn hər cür töhfə və səyi göstərməyə iradəsi var”, - bəyanatda deyilir.

Qeyd edək ki, məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.

Geri qayıt