Birxeber.az / İnterpol dünyada mütəşəkkil cinayətkarlığın mümkün “epidemiyası” barədə xəbərdarlıq edib

İnterpol dünyada mütəşəkkil cinayətkarlığın mümkün “epidemiyası” barədə xəbərdarlıq edib

27-03-2024, 18:40

Mütəşəkkil cinayətkarlıq epidemiya kimi bütün dünyaya yayıla bilər və miqyası getdikcə artır.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə İnterpolun Baş katibi Yurgen Ştok bildirib.

“Mənim dünyanı mümkün mütəşəkkil cinayətkarlıq epidemiyası barədə xəbərdar etmək qərarım yüngül qəbul edilmir”, - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda mütəşəkkil cinayətkar qrupların işi o həddə çatır ki, on il əvvəl təsəvvür edilə bilməzdi. Y.Ştok qeyd edib ki, buna xüsusilə yeni biznes modellərinin yaranması, internetdə anonimliyin yayılması və s. səbəb olub.

İnterpolun Baş katibi vurğulayıb ki, beynəlxalq mütəşəkkil cinayətkarlıq qlobal təhlükəsizliyə əsas təhlükəyə çevrilib, qruplar müxtəlif qitələrdə fəaliyyət göstərir və əhəmiyyətli resurslara malikdir. Xüsusilə, onun fikrincə, cinayət fəaliyyətindən əldə edilən qeyri-qanuni gəlirlər iki-üç trilyon dollar təşkil edir, lakin hüquq-mühafizə orqanları bu məbləğin 3 faizdən çoxunu müsadirə edə bilirlər. Nəticədə qruplar cinayət fəaliyyətinin təşkilinə əhəmiyyətli vəsaitlər yatırmağa davam edə bilərlər.

Geri qayıt