Birxeber.az / Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

27-03-2024, 17:40

Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt