"85 milyon insanın sülhü üçün bir şey ediləcəksə, indi edilməlidir. Türkiyə bunun bədəlini 40 ildir terrorla mübarizədə ödəyib, buna daha 40 il dözə bilmərik".
Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə mitinqdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə artıq PKK-nı öz sərhədləri daxilində hərəkətə keçə bilməyəcək hala gətirib: “Biz öz sərhədlərimizdən kənar ərazilərə də addım-addım nəzarət edirik. İmperialistlərə oyuncaq rol oynamayan hər kəslə, terrorun hər növündən uzaq duran hər kəslə dialoqa açığıq. Qapımız həm terrorçulara, həm də terror təşkilatının rəhbərliyi altında siyasət oynayanlara bağlıdır”.