Birxeber.az / Metronun "Nəsimi" stansiyasında alışma baş verib

Metronun "Nəsimi" stansiyasında alışma baş verib

27-03-2024, 15:50

"Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

"APA-Economics"in "Bakı Metropoliteni" Qapalı Səhmdar CƏmiyyətinə istinadən xəbərinə görə, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

Geri qayıt