Birxeber.az / Fransada narkotik alverində şübhəli bilinən 867 nəfər saxlanılıb

Fransada narkotik alverində şübhəli bilinən 867 nəfər saxlanılıb

27-03-2024, 15:40

Fransa polisi narkotik alverində 867 şübhəli şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində məlumat verib.

“Təmiz Meydan” əməliyyatı Paris və onun ətraf ərazilərində, həmçinin Marsel, Lion, Lill, Klermon-Ferran və Dijonda keçirilir. İndiyədək 867 nəfər saxlanılıb”, - o bildirib.

Onun sözlərinə görə, reydlər zamanı xeyli miqdarda silah və pul vəsaitləri müsadirə edilib.

Məlumata görə, “Təmiz meydan” əməliyyatına ümumilikdə 15 minə yaxın polis, jandarm və gömrük əməkdaşı cəlb olunub.

Geri qayıt