Birxeber.az / Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - VİDEO

Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - VİDEO

27-03-2024, 12:50

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Geri qayıt