Birxeber.az / İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edilib

İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edilib

27-03-2024, 12:50

Ermənistan paytaxtı İrəvanda Nor-Nork polis idarəsinin inzibati binasına hücumla əlaqədar təqsirləndirilən şəxslərdən ikisi həbs edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, martın 24-də üç silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində iki nəfər yaralanıb.

Geri qayıt