Birxeber.az / Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

27-03-2024, 12:40

Bakının Sabunçu rayonunun Nardaran kəndində ölümlə nəticələnən hadisə baş verib.

Bu barədə “Birxeber.Az”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt