Birxeber.az / Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb

27-03-2024, 10:40

Polis əməkdaşları ötən gün vətəndaşlardan silah və qumbaralar götürüblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Geri qayıt