Birxeber.az / Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

27-03-2024, 08:50

Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.y

Yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 18 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Geri qayıt