Birxeber.az / İsveçin NATO-ya hərbi inteqrasiyasının nə vaxt başa çatacağı məlum olub

İsveçin NATO-ya hərbi inteqrasiyasının nə vaxt başa çatacağı məlum olub

27-03-2024, 05:40

İsveçin NATO-ya rəsmi hərbi inteqrasiyası aprelin sonunda başa çatacaq.

“Report” xəbər verir ki, bu barədə NTO-nun Transformasiya Komandanlığı məlumat yayıb.

Sənəddə qeyd olunub ki, üzvlük transatlantik təhlükəsizliyi artıracaq və Şimali Avropada müdafiəni gücləndirəcək.

Xatırladaq ki, İsveç martın 7-də NATO-nun 32-ci üzvü kimi rəsmi status alıb.

Geri qayıt