Birxeber.az / Gəncədə 69 yaşlı piyadanı avtomobil vurub

Gəncədə 69 yaşlı piyadanı avtomobil vurub

27-03-2024, 01:50

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Ş.İbrahimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt