Birxeber.az / Şmıqal: "Ukrayna 2024-cü ildə Aİ-dən 16 milyard avro alacaq"

Şmıqal: "Ukrayna 2024-cü ildə Aİ-dən 16 milyard avro alacaq"

26-03-2024, 21:50

Ukrayna "Ukraine Facility" proqramı çərçivəsində 2024-cü ildə Aİ-dən 16 milyard avro alacağını gözləyir.

Birxeber.Az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

"Bu il 16 milyard avro alacağımızı gözləyirik" deyə Şmyqal sosial şəbəkələrdə yazıb.

Bundan əvvəl Vladimir Zelenski Avropa İttifaqını Ukrayna ordusu ilə döyüş sursatları ilə bağlı problemlərdə ittiham edib və bunu Avropa üçün biabırçılıq adlandırıb.

Geri qayıt