Birxeber.az / Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olub

Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olub

26-03-2024, 16:50

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

Geri qayıt