Birxeber.az / Qaxda kişi həyat yoldaşına xəsarət yetirib

Qaxda kişi həyat yoldaşına xəsarət yetirib

26-03-2024, 16:50

Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb. Faktla bağlı bağlı araşdırma aparılır.

Geri qayıt