Birxeber.az / Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

26-03-2024, 15:40

Gürcüstan vətəndaşlarının banklardakı əmanətləri azalıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Milli Bankın məlumatında deyilir.

Fevralda bank sektorunda depozitlərin həcmi ay ərzində 0,36 % və ya 182,6 milyon lari (67,6 milyon ABŞ dolları) azalıb.

Qeyd edək ki, ümumilikdə gürcülərin banklarda 50,5 milyard lari (18,7 milyard ABŞ dolları) həcmində əmanətləri var.

Geri qayıt