Birxeber.az / Dumanın fraksiya rəhbəri Rusiyada ölüm hökmünün bərpasının lehinə çıxış edib

Dumanın fraksiya rəhbəri Rusiyada ölüm hökmünün bərpasının lehinə çıxış edib

26-03-2024, 14:50

Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski Dövlət Dumasının iclasında ölüm hökmünə qoyulan moratoriumun ləğvinin lehinə çıxış edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, o, terrorçulara qarşı ölüm cəzasına qoyulan moratoriumun götürülməsinin tərəfdarı olduğunu söyləyib.

"Ukraynanın izi hər gün daha da aydınlaşır. Bu faciədə (Crocusda - red.) biz bu quldurların Ukraynaya doğru necə qaçdığını gördük... Bu gün biz açıq şəkildə deməliyik ki, 1996-cı ildə Avropa Şurasına qəbulla bağlı qəbul edilən ölüm hökmünə morotorium dayandırılmalıdır. Bu gün bu əclaflar üçün ölüm cəzasından başqa heç bir cəza növü ola bilməz”, - deyə Slutski vurğulayıb.

Geri qayıt