Birxeber.az / Ayxan Hacızadə: Toyvo Klaar qərəzdən qurtula bilmir

Ayxan Hacızadə: Toyvo Klaar qərəzdən qurtula bilmir

26-03-2024, 02:40

Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”dəki hesabında yazıb.

A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Mr. @ToivoKlaar can’t get rid of biases & only sees the evils in the legitimate discourse about the return of Azerbaijani villages, while totally ignores calls to fight for continuation of illegal occupation in media.

FYI, the villages are not a matter of territorial dispute. https://t.co/aJ4gcPAsd6

— Aykhan Hajizada (@Aykhanh) March 25, 2024
Geri qayıt