Birxeber.az / Türkiyə BMT TŞ-nin Qəzzada atəşkəs tələbi ilə bağlı qərarını müsbət qiymətləndirib

Türkiyə BMT TŞ-nin Qəzzada atəşkəs tələbi ilə bağlı qərarını müsbət qiymətləndirib

25-03-2024, 20:50

Türkiyə BMT Təhlükəsizlik Şurasının Ramazan ayı ərzində Qəzzada dərhal atəşkəs tələbi ilə bağlı qərarını və Qəzzaya humanitar yardımın verilməsini müsbət addım kimi qiymətləndirir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

O, İsrailin sözügedən qərarın tələblərini tez bir zamanda yerinə yetirəcəyinə ümid etdiyini qeyd edib:

“Qəzzadakı humanitar fəlakətə son qoymaq və İsrail-Fələstin probleminə daimi həll tapmaq üçün beynəlxalq ictimaiyyəti İsrailə qarşı ortaq mövqe tutmağa çağırırıq”.

Geri qayıt