Birxeber.az / Ermənistanda Gürcüstanın yeni səfirlik binasının açılışı olub

Ermənistanda Gürcüstanın yeni səfirlik binasının açılışı olub

25-03-2024, 18:50

Ermənistanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanla birlikdə İrəvanda Gürcüstanın yeni səfirlik binasının açılışını edib.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, Gürcüstan tərəfi digər diplomatik nümayəndəliklərin olduğu şəhərin mərkəzi hissəsində yerləşən binanı 2024-cü ildə alıb. Qeyd olunub ki, bu, Ermənistanda Gürcüstana məxsus olan 15-ci binadır.

Geri qayıt