Birxeber.az / Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək

25-03-2024, 18:40

Ukrayna və Danimarka əməkdaşlıq memorandumu imzalayıblar və onlar bu çərçivədə Ukrayna Silahlı Qüvvələri üçün silah alacaqlar.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi və Danimarka Müdafiə Nazirliyinin Təchizat və Maddi-Texniki Təchizat Təşkilatı arasında müdafiə təchizatı sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, - məlumatda deyilir.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bu sazişin Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü sahəsində əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini bildirib.

Geri qayıt