Birxeber.az / Aİ-nin yanğınsöndürmə xidmətinin gücləndirilməsi üçün 600 milyon avro ayırılır

Aİ-nin yanğınsöndürmə xidmətinin gücləndirilməsi üçün 600 milyon avro ayırılır

25-03-2024, 17:40

Aİ-nin yanğınsöndürmə xidmətinin gücləndirilməsi üçün 600 milyon avro ayırılır.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyanın rəsmi səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, Avropa Komissiyası Avropa İttifaqı Mülki Müdafiə Mexanizminin böhrana qarşı strateji reaksiya rezervi olan “rescEU”nun yanğınsöndürmə qabiliyyətinin artırılması üçün yeni yanğınsöndürən təyyarələrin alınmasını maliyyələşdirir. Növbəti addım isə 12 yeni yanğınsöndürən təyyarənin alınması üçün 600 milyon avro vəsait ayırmaqdan ibarətdir.

Məlumatda qeyd olunub ki, sözügedən təyyarələr Aİ-nin 6 üzvünün (Xorvatiya, Fransa, İtaliya, Yunanıstan, Portuqaliya və İspaniya) ərazisində yerləşdiriləcək. Bu yeni təyyarələr Avropa İttifaqında yanğınların söndürülməsi üçün istifadə olunacaq və 2027-ci ildə təhvil veriləcək.

Xatırladaq ki, beş il əvvəl Avropa Komissiyası Aİ Mülki Müdafiə Mexanizmini təkmilləşdirib və vətəndaşları fəlakətlərdən daha yaxşı qorumaq, yaranan riskləri idarə etmək üçün “rescEU”nu yaradıb. Tamamilə Aİ tərəfindən maliyyələşdirilən bu mexanizm Avropanın potensial ehtiyatı kimi yaradılıb və onun tərkibinə yanğınsöndürmə təyyarələri, helikopterlər xidmətləri daxildir.

Geri qayıt