Birxeber.az / Avstraliya Açıq çempionatında ikinci finalçı bəlli olub

Avstraliya Açıq çempionatında ikinci finalçı bəlli olub

26-01-2024, 17:40

Rusiyalı tennisçi Daniil Medvedev Avstraliya Açıq çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, 27 yaşlı idmançı yarımfinalda Almaniya təmsilçisi Aleksandr Zverevə qalib gəlib.

Görüş Medvedevin 3:2 (5:7, 3:6, 7:6, 7:6, 6:3) hesablı qələbəsi ilə bitib.

O, yanvarın 27-də finalda italiyalı Yannik Sinnerlə üz-üzə gələcək.

Geri qayıt