Birxeber.az / Ötən il Azərbaycanda 2.2 mlrd. ədədə yaxın yumurta istehsal edilib

Ötən il Azərbaycanda 2.2 mlrd. ədədə yaxın yumurta istehsal edilib

26-01-2024, 16:50

2023-cü il ərzində Azərbaycanda 2 milyard 188,1 milyon ədəd yumurta ( bütün növ ev quşlarından alınmış yumurtalar daxil olmaqla) istehsal edilib.

Birxeber.Az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yumurta istehsalı 2022-ci illə müqayisədə 8.4% və ya 170 milyon ədəd artıb.

Hesabat dövründə quşçuluq müəssələrində 1 milyard 53,5 milyon ədəd toyuq yumurtası istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 19.7% və ya 173.5 milyon ədəd çoxdur.

Ötən il quşçuluq müəssələrində yumurtlayan toyuqların sayı 4 milyon 422.1 min baş təşkil edib və hər yumurtlayan toyuqdan orta hesabla 244 ədəd yumurta alınıb.

Qeyd edək ki, bu dövrdə ən çox yumurta Hacıqabul ( 414 milyon ədəd), Xızı ( 407,8 milyon ədəd) və Sabirabad ( 215,7 milyon ədəd) rayonlarında istehsal edilib.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabr ayında Rusiyaya yumurta ixrac etməyə başlayıb. İndiyə qədər Azərbaycandan Rusiyaya 4.2 milyon ədəd yumurta ixrac edilib.

Geri qayıt