Birxeber.az / Nikol Paşinyan: "Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir"

Nikol Paşinyan: "Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir"

20-01-2024, 14:40

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər.

“Birxeber.Az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib.

“Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə bu yöndən yanaşmaq lazımdır.

Onun çıxışının tam mətni feysbuk səhifəsində yayılıb.

Geri qayıt