Birxeber.az / Azərbaycanda ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlanıb

Azərbaycanda ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlanıb

25-03-2024, 11:40

Polis əməkdaşları ölkə ərazisində ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.

Geri qayıt