Birxeber.az / Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək

Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək

26-01-2024, 16:50

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin və cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Geri qayıt