Birxeber.az / "Haber Global": "Azərbaycan Qərbin ikili standartlarına göz yummadı"

"Haber Global": "Azərbaycan Qərbin ikili standartlarına göz yummadı"

26-01-2024, 16:40

Azərbaycan Qərbin ikili standartlarına göz yummadı.

“Report”un xəbərinə görə, bu barədə “Haber Global”ın hazırladığı süjetdə bildirilib.

Süjetdə yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin qurumun iclasında səsləndirdiyi bəyanatı şərh edilərkən qeyd olunub ki, təşkilatda mövcud olan dözülməz irqçilik, Azərbaycanafobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fikirlərinə də yer verilib:

“Təəssüf ki, müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanafobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

Xatırladılıb ki, Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür. Lakin Avropa Şurasının dəyərləri ilə uzlaşmayan addımlar atan təşkilat qərəzli və qeyri-obyektiv münasibət sərgiləməkdən çəkinmir. Məsələn, AŞPA-nın digər üzvü olan Ermənistanın 30 illik işğalına göz yumulub və bu ölkənin hökumətinə qarşı heç bir sanksiya tətbiq edilməyib.

Vurğulanıb ki, Assambleyada Azərbaycanın ərazi bütövlüyünü qəbul edildiyi bir çox qərarlar qəbul edilsə də, onların həyata keçirilməsi üçün heç bir addım atılmayıb.

Geri qayıt