Birxeber.az / Gəncədə yağış suları ciddi fəsadlara yol açıb - FOTO

Gəncədə yağış suları ciddi fəsadlara yol açıb - FOTO

24-03-2024, 15:50

Gəncədə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gecə yağan güclü yağışdan sonra gələn sel suları şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yuyub və barı tamamilə uçub.

İlkin məlumata görə, barının altında 6 baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib. Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb. Həmçinin sel suları sözü gedən küçədə asfalt örtüyünü sıradan çıxardıb.

Geri qayıt