Birxeber.az / Cəlilabadda icma əsaslı məktəbəqədər siniflər təşkil olunacaq

Cəlilabadda icma əsaslı məktəbəqədər siniflər təşkil olunacaq

24-03-2024, 14:40

Cəlilabad rayonunda 3 məktəbdə icma əsaslı məktəbəqədər siniflər təşkil olunacaq.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, artıq bununla bağlı “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulu elan edilib.

Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir.

Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaq. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar. Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Tərbiyəçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər. İcma qrupları ilə işin təşkili və təlimlərə qatılma xərcləri layihə tərəfindən qarşılanacaq.

Qeydiyyatdan bu ( https://forms.gle/AEb8t1bpDxUzHmHV7 ) linklə keçmək olar.

Geri qayıt