Birxeber.az / XƏBƏRDARLIQ: Külək güclənəcək, intensiv yağış yağacaq

XƏBƏRDARLIQ: Külək güclənəcək, intensiv yağış yağacaq

24-03-2024, 12:50

Martın 25-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə səhər bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

Geri qayıt