Birxeber.az / Qəbələdə 5 otaqlı evdə yanğın olub

Qəbələdə 5 otaqlı evdə yanğın olub

24-03-2024, 11:50

Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt