Birxeber.az / Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

24-03-2024, 11:40

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt