Birxeber.az / Binəqədidə avtomobildən oğurluq edənlər saxlanılıblar

Binəqədidə avtomobildən oğurluq edənlər saxlanılıblar

24-03-2024, 10:50

Binəqədidə oğurluq olub.

DİN-in mətbuat xidmətindən Birxeber.Az-ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

Geri qayıt