Birxeber.az / Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb

24-03-2024, 10:40

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

Geri qayıt