Birxeber.az / Qırğızıstanda ağır yol qəzası olub - 5 nəfər ölüb, 13 nəfər yaralanıb

Qırğızıstanda ağır yol qəzası olub - 5 nəfər ölüb, 13 nəfər yaralanıb

26-01-2024, 16:40

Qırğız Respublikasının Çu vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcədə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə mikroavtobusun iştirakı ilə baş verib.

Nazirliyin məlumatına əsasən, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün yaxınlıqdakı hospitala yerləşdirilib.

Məlumata görə, hadisə yanvarın 26-da İssık-Kulula Narın vilayətini birləşdirən Bişkek-Toruqart avtomobil yolunda, Kant rayonunda baş verib. Sərnişin mikroavtobusu minik maşını ilə toqquşub. İlkin araşdırmaya əsasən, hadisə yolun buz bağlaması səbəbindən baş verib.

Geri qayıt