Birxeber.az / Papua-Yeni Qvineyada 6,8 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 6,8 bal gücündə zəlzələ olub

24-03-2024, 01:50

Papua-Yeni Qvineyada 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ episentri təxminən 2 min nəfər əhalisi olan Ambunti şəhərindən 25 km şimal-şərqdə olub.

Zəlzələ ocağı yerin 50 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geri qayıt