Birxeber.az / Naxçıvanda 9 yaşlı uşağı maşın vurub

Naxçıvanda 9 yaşlı uşağı maşın vurub

26-01-2024, 15:50

Naxçıvan şəhərində azyaşlını maşın vurub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin "Dörd yol" adlanan ərazisində qeydə alınıb. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Allahverdiyev Ələkbər İqbal oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndırilir.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt