Birxeber.az / Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var

23-03-2024, 21:50

Sumqayıtda zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq digər iki avtomobilə çırpılıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Geri qayıt