Birxeber.az / Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

23-03-2024, 20:40

Azərbaycanın qadınlardan ibarət basketbol millləri parlaq qələbələr qazanıb

"Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

AZE-(U-18) - "Daçka Şerifalı" U18 (67:58)
AZE-(U-16) - "Daçka Şerifalı" (U-16) (61:56)
AZE-(U-18) - "Sakarya Asaş" (U-18) (71:68)
AZE-(U-16) - "Sakarya Asaş" (U-16) (83:53)
AZE-(U-18) - "İstanbul Yıldızları" (U-18) (56:53)
AZE-(U-16) - "İstanbul Yıldızları" (U-16) (72:60)

Geri qayıt