Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.
"Report"un məlumatına görə, V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.
Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.
16:30
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edir.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.