Birxeber.az / Pakistanın Milli Günü Bakıda qeyd olunub

Pakistanın Milli Günü Bakıda qeyd olunub

23-03-2024, 12:40

Pakistanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı qaldırılıb.

“Report” xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Bakıdakı Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir iştirakçılarına Pakistan Prezidentinin və Baş nazirinin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib.

Geri qayıt