Birxeber.az / Tacikistan XİN Moskvadakı terror aktında ölkə vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb

Tacikistan XİN Moskvadakı terror aktında ölkə vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb

23-03-2024, 11:50

Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Düşənbə bəyan edib ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının terror aktında iştirakı barədə məlumat almayıb.

Qeyd edək ki, Rusiya KİV-i "Crocus city hall"da baş verən terror aktında şübhəli bilinən altı nəfərdən dördünün adını açıqlayıb. Adı açıqlanan şəxslərin Tacikistan vətəndaşları olduqları bildirilib.

Geri qayıt