Birxeber.az / ANAMA: "Bu il 7 min hektardan çox ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur"

ANAMA: "Bu il 7 min hektardan çox ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur"

26-01-2024, 15:40

Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev bu il azad olunan ərazilərdə 7033.6 hektar ərazinin partlamamış mina və hərbi sursatdan təmizlənməsinin nəzərdə tutulduğunu bildirib.

"Birxeber.Az" xəbər verir ki, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

R.Quliyev qeyd edib ki, keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5426.5 hektar ərazi sifariş olunub:
"Bunun da 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetləri üzrə həmin ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi planlaşdırılıb".

Geri qayıt